"Ucuz piarla gündəmə gələn psixolaqların şəxsi həyat nümunələri uğurlu deyil"

SOSİAL
23:17 / 30.11.2023
762

“Belə ucuz piarla gündəmə gələn psixolaqların istər peşəkarlıq keyfiyyətləri, istərsə  də şəxsi həyat nümunələri uğurlu deyil”.

Bunu Hit.az-a açıqlamasında psixoloq Nail Cəlil qalmaqallı açıqlamaları ilə gündəmi zəbt edən psixoloqlardan danışarkən deyib. 

Onun fikirincə, bu şəxslər peşəkar psixologiya ilə məşğul olmurlar:

“Qeyri-peşəkarlıq həvəskar davranışla əvəz olunanda konkret özünü nümayiş etdirmək istəyi önə keçir. Bu cəmiyyətin mənəviyyatına, əxlaqına, həyat tərzinə zərər yetirən bir davranışdır. Hər kəsin bir emosional ehtiyacı, gözləntiləri ola bilər real səbəbləri qoyub, nəiyə emosional  ehtiyaclardan izah etmək bu psixoloq və eyni zamanda ciddi ictimaiyyətçiyə yaraşan iş deyil. Mütəxəsis cəmiyyətə münasibətdə bir sosial məsuliyyət hiss etməlidir”.

Psixoloq efirləri istər ictimai, istər sosial-psixoloji məsələlərə münasibətdə çox saylı psixoloqların zəbt etdiyini vurğulayıb:

“Hətta onların çoxu 2-ci və 3-cü pillədə təhsil alıb. Buna yaxşı, məniyyətin sosial mühütini başa düşən, insanları dəyərləndirən bir şəxs olmalıdır. Əks halda belə məsləhətlər ictimai düşüncəni, cəmiyyəti çadırmağa, yalnış səmtə yönəltməyə məqsədi daşıyır. Bunun başqa yolu da yoxdur. Bu yalnız gəlir əldə etməyə yönələn bir davranışdır”. 

Azra

0