Azərbaycanda çoxuşaqlı ailə modeli tarixə qovuşmaq üzrədir. Ölkədə doğulan uşaqların sayı, eləcə də ailədə 3, 4 və 5-ci uşağın doğulması halları azalıb.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a şərhində bildirib ki, sosial imkanlar zəiflədiyi, maddi təminat problemi olduğu üçün insanlar çəkinir çoxuşaqlı olmaqdan:
“Ailələrin əksəriyyəti indi 1 və 2 uşaqlıdır. Beş uşaqlı ailələrin sayı çox azdır. Müasir dövrdə uşaq böyütmək, hərtərəfli təhsil vermək, gələcəyini təmin etmək çətindir. Belə olduqda əksər ailələr bir uşaqla kifayətlənir. Bu gün Azərbaycanda ailə strukturu uşaqların sayı baxımından tamamilə fərqlidir. Təkuşaqlı ailədə uşaq valideynlərin əzizlədiyi yeganə qayğı və diqqət obyektinə çevrilir, bu da çox hallarda uşağın müstəqillik və yetkinlik şüurunun formalaşmasının gecikməsinə səbəb olur. Uşaq sayının demoqrafiq pozğunluğa da səbəb olur”.
Sevinc