Dualar, talismanlar bizi qoruyurmu?

SOSİAL
14:10 / 25.12.2023
704

Kimilərinin boynunda, kimilərinin də maşınında qara bağlamada olan dua görmüşük. Bu insanlar bəlkə də anlamını belə bilmədən alıb taxdıqları bu duanın onları qoruyacağına inanır. 

Psixoloq Könül İsmayılova Hit.az-a şərhində bildirib ki, istər əşyalara, istərsə də dini talismanlara qarşı insanlarda inam tarixən mövcud olub.

Bu həm dində var, həm də biz bunu keçmişdən gələn adət ənənədə də görmüşük: 

“Bir qisim insanlar o əşyalardan qorunmaq üçün yox, bir aksesuar kimi istifadə edir. Yaxud da psixoloji baxımdan onu üstündə gəzdirməklə bir rahatlıq tapırlar. Bu da əgər insanlara ziyan vermirsə, bir insan o talismanı boynundan asanda özünü rahat hiss edirsə, düşünürəm ki, bu inanc sistemi ilə bağlı çox həssas olmaq lazımdır. Bu cür şeylərə daha çox gənclər və yeniyetmələr maraq göstərir. Kimsə onunla rahatlıq, psixoloji güc tapırsa, düşünürəm ki, normal yanaşmaq lazımdır. Bunlar zaman-zaman həllini tapan şeylərdir. Bu gün bizim konfliktlərin səbəbi milli dəyərlərdən,  həqiqi dini dəyərlərdən uzaqlaşmamız səbəbindən oldu. Biz bu gün onun ağrılarını, acılarını çəkirik. Ona görə də milli-mənəvi dəyərlər üzərində bunları formalaşdırmaq lazımdır. O talismanlar əvvəlki qədər dəbdə deyil”.

Sevinc

0