Uşaqları sosial şəbəkədən necə uzaq tutmalı?

SOSİAL
20:50 / 10.01.2024
732

Uşaq və gənclərin fiziki və mənəvi inkişafının formalaşması üçün aidiyyəti dövlət qurumları, təhsil müəssisələri bir sıra tədbirlər həyata keçirir. 

Bura idman yarışlarını, fənn olimpiadalarını, müxtəlif tədbirləri və sairi daxil etmək olar.

Çox təəssüflər olsun ki, uşaq və gənclər bunlardan çox sosial şəbəkələrdən, müxtəlif kompüter oyunlarından istifadəyə daha çox meyl edirlər.

Hətta uşaqların kompüter, sosial şəbəkədən kənarda ünsiyyəti də zəifləyib. Mövcud məkanın faydalı tərəfləri olduğu kimi, ziyanlı cəhətləri də var.

Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında qeyd edib ki, sosial şəbəkələr uşaq beyni üçün deyil. Sosial şəbəkələrdən düzgün istifadə edilmədiyində o uşaqlara daha çox ziyan vurur:

"Məsələn gün ərzində aşırı dərəcədə kompüter qarşısında oturmaq uşaqların fiziki davranışına da təsir edir və onları tənbəlləşdirir. Bu da bir təhlükədir. Bildiyimiz kimi, uşaqların internetə, sosial şəbəkələrə çıxışları sərbəst olduğu üçün onlar burada öz yaşlarına, psixologiyalarına uyğun olmayan paylaşımlar, yazışmalar da görür. Bəzən bu yolla uşaq istismarçılarının toruna da düşə bilmək təhlükəsi ilə üzləşirlər. Valideyn nəzarəti güclü olmalıdır ki, uşaqlar hər resursdan istifadə etməsin. Uşaqlar pornoqrafiya, aqressiya ilə bağlı saytlara daxil olmamalıdırlar. Onlar həssasdırlar. Nəzarət olmayanda uşaqlar yanlış inkişaf edirlər. Ola bilsin ki, onlar gələcəkdə münasibətləri yalnız virtual həyatdan gözləyəcəklər. Onları real həyat maraqlandırmayacaq. Bu, qlobal problemdir və get-gedə dərinləşir. Bunun qarşısını cəmiyyət özü almalıdır”.

Sevinc

 

0