Analıq məzuniyyətinə çıxanlara ŞAD XƏBƏR

SOSİAL
09:58 / 18.01.2024
630

Azərbaycanda hamiləlik və doğuşdan sonrakı sosial məzuniyyət müddətinin 14 gün artırılması təklif olunur.

Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin yanvarın 18-də keçirilən iclasında çıxış edib.

O xatırladıb ki, hazırda həmin məzuniyyət müddəti doğuşdan əvvəl və sonra ümumilikdə 126 gündür: “Əmək Məcəlləsinə ediləcək dəyişikliklə həmin müddətin 140 günə çatdırılması təmin edilə bilər”.

0