İnsanlar problemlərini niyə efir vasitəsilə ictimailəşdirir?

SOSİAL
19:25 / 24.01.2024
502

İnsanlar artıq öz dərdini aidiyyatı qurumlara yox, televiziya kanallarına deyir.  Kimisə ailə problemlərini, başqa birisi yoldaşının, valideynlərinin ona etdiyi zülmləri milyonlarla izləyicinin qarşısında rahat şəkildə etiraf edir.

Bəziləri hətta bu verilişləri son ümid yeri kimi görür. Bəs görəsən bunun səbəbi nədir?

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a şərhində bildirib ki, cəmiyyət 20 il əvvəlki cəmiyyət deyil. İndi cəmiyyətimiz xeyli mürəkkəbləşib: 

“İndi cəmiyyətdə cinayət halları adiləşib. Bunun qarşısını almaq üçün təcili şəkildə humanitar siyasətimiz dəyişməlidir. Artıq bu şəkildə irəliyə gedə bilmərik və heç bir yol yoxdur. Cəmiyyətimizdə ilbəil xoşagəlməz halların sayı artır. Min illərdir təbliğ olunan mənəvi dəyərlər öndə olanda, cəmiyyət özünü ahəngdar şəkildə tənzimləyir. Mənəvi dəyərlər sıxışdırılaraq ikinci plana keçəndə, qarşıdurmalar, gərginliklər, cinayət halları artır. Elə bir sosial siyasət aparmalıyıq ki, cəmiyyətdə mənəvi dəyərlərə daha çox üstünlük verilsin. Insanların efir vasitəsilə öz problemini, dərdini açıb deməsi cəmiyyətdə olan boşluqdan irəli gəlir. Əvvəllər insanlar sıxıntılarını, ailə qayğılarını gizlədərdi. Ancaq indi hər şey adiləşib. Adi, xırda bir məsələni hamı sosial şəbəkədə ictimailləşdirir. Məsələn, bu gün evdə nə yedik, uşaq çay əvəzinə sok içdi. Insanlarda ar, abır hissi yox olub, bu səbəbdən də indi hər kəs şou proqram vasitəsilə elini, nəslini, ailəsini biabır edir. Təəssüf bununla məhvə gedirik”.

Sevinc

0