Evlilik qərarını kim verməlidir?

SOSİAL
20:28 / 24.01.2024
593

Günümüzdə gənclər ailə həyatı qurarkən seçim etməkdə çətinlik çəkirlər. Ya onun bəyəndiyini valideynlər bəyənmir, ya da valideynlərin seçimi onun ürəyincə olmur. Maraqlıdır, evlilik qərarını kim verməlidir? Valideynlər, yoxsa gənclərin özü?

Psixoloq Könül İsmayılova Hit.az-a şərhində bildirib ki, ailənin seçiminə gedəndə görürsüz ki, evlənəcək cütlüklər bəzən sevməyərək ailə qururlar və bunun da nəticələri yaxşı olmur. Münasibətin təməlində sevgi durmalıdır:

“Ailə də seçsə, dostun da yönləndirsə qarşılıqlı sevgi əsasında ailə qurulmalıdır.Milli mentalitetə söykənən bəzi adətlərimiz varki, əsrlərdir özümüzlə gəzdiririk. Valideyn düşünməlidir ki, şəxsi seçimini edə bilməyən övlad, gələcəkdə ailə məsuliyyətinin yükünü daşıya bilməz. Odur ki, övladınızın seçiminə müdaxilə etməyin, məsləhət verin ki, gələcəkdə yarana biləcək hansısa məsuliyyətin qınağı da üzərinizdə qalmasın”.

Sevinc

0