40 yaş sindromu...

SOSİAL
21:09 / 24.01.2024
607

“40 yaş sindromu” adlanan bu yaş dövrü istər qadınlarda, istərsə də kişilərdə müəyyən mənada narahatlıq doğurmağa başlayır.

Qadınlar 40 yaşından sonra bəyənilməmə qorxusu yaşayırlar və ekspertlər 35-45 yaş aralığındakı zərif cinsin “40 yaş sindromu”na yaxalanmaları ehtimalını daha real hesab edirlər. 

Bəs 40 yaşına çatan orqanizmi bu yaşdan sonra hansı xəstəliklər gözləyir?

Həkim-terapevt Rasif Bağırov Hit.az-a deyib ki, 40 yaşına qədər insan bədənində yaranan hüceyrələrin sayı ilə ölən hüceyrələrin sayı bərabər olur. 40 yaşından sonra isə ölən hüceyrələrin sayı çoxalmağa başlayır. Bu isə o deməkdir ki, insan orqanizmində enerji itkisi baş verməyə başlayır:

 “40 yaşdan sonra maddələr mübadiləsi pozğunluqları başlayır ki, bu da asanlıqla onkoloji problemlərə çevrilə bilir. 40 yaşdan sonra orqanizm asanlıqla minerallar və vitaminlər itirməyə başlayır ki, bunun nəticəsində də insanlarda ətraf mühitin təsirinə və stressə qarşı dözümlülük zəifləyir. 40 yaşdan sonra insanlarda ən çox rast gəlinən xəstəliklərin məhz ürək-damar xəstəlikləridir”.

Sevinc

0