Azərbaycanda da qohum evlilikləri qadağan edilə bilərmi?

SOSİAL
20:13 / 29.01.2024
698

Hazırda dünyanın bir çox aparıcı ölkələsində qan qohumları arasında nikahlar qanunla qadağan edilib. Çin, Yaponiya, ABŞ, Böyük Britaniya, Türkiyə, İsveçrə, Cənubi Koreya kimi bir sıra ölkələrdə ana və atanın qardaş və bacılarının uşaqları, habelə övladlığa götürülmüş uşaqlar arasında nikahlar qadağan edilib.

Azərbaycanda isə qohum evliliklərinə mütəmadi olaraq rast gəlirik.

Azərbaycanda da qohum evlilikləri qadağan edilməlidirmi?

Psixoloq Könül İsmayılova Hit.az-a şərhində deyib ki, qohum evliliyi və ya qohumluq münasibətləri bioloji və psixoloji xəstəliklərin yaranmasına şərait yaradır: 

“Qohum evliliyi cəhalətdir. Keçmiş dövrlərdə insestin olmasına əsas səbəb mal və mülkün qorunması olub. İnsanlar etibarlılığı riskə almamaq üçün belə addımlar atıblar. Psixoloji yaddaşmızda bu hallar mövcuddur. Müasir dövrdə isə valideynlər övladlarının yad adamlarla deyil, “etibarlı həyat yoldaşları” ilə evlənməsini dəstəkləyirlər. Qohum evliliyinin təhlükələri və zərərləri onun faydalarından daha çoxdur. Qohum evlilikləri bioloji və ya fizioloji xəstəliklər yaratdığı kimi psixoloji sindromlarında yaranmasına səbəb olur”.

Psixoloq hesab edir ki, gələcəyin sağlam olması üçün qaydalar da sağlam, bəzən isə sərt olmalıdır.

Sevinc

0