Gələn ay Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil günlərinin sayı məlum olub.
Novruz bayramında 7 gün ardıcıl iş olmayacaq.
Belə ki, 20, 21, 22, 23, 24, 25 və 26 mart tarixləri qeyri-iş günü sayılır. 23 və 24 mart tarixləri həftənin şənbə və bazar gününə düşdüyü üçün, 25 və 26 mart da istirahət günləri hesab ediləcək.
Qeyd edək ki, bundan əlavə 8 mart Beynəlxalq Qadınlar Günüdür və həmin gün qeyri-iş günüdür.
Beləliklə, şənbə və bazar günləri də daxil olmaqla mart ayında ümumilikdə 16 gün iş olmayacaq.//İqtisadiyyat.az