Azad olunmuş ərazilərdə seçici fəallığı açıqlandı

SOSİAL
22:52 / 07.02.2024
515

Azad olunmuş ərazilərdə seçici fəallığı açıqlanıb.

 

Oxu.Az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, azad olunmuş ərazilərdə seçici fəallığı 118 saylı Ağdam Şəhər Seçki Dairəsində 78,64 faiz, 119 saylı Ağdam Kənd Seçki Dairəsində 48,25 faiz, 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsində 76,55 faiz, 121 saylı Laçın Seçki Dairəsində 79,7 faiz, 122 saylı Xankəndi Seçki Dairəsində 83,28 faiz, 123 saylı Kəlbəcər Seçki Dairəsində 80,57 faiz, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsində 79,58 faiz, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsində 78,86 faiz olub.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilib. Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.

0