2023-cü ildə uşaqlara qoyulan qəribə adların siyahısı dərc edilib.
Mayya, Duanur, Alan, Manana, Mayar, Maynisə, Kürsüm, Kurtkaya, Qəribə, Dominik, Alay, Alaya, Alana, Alaz, Aya, Ayə, Ayat, Balay, Balabikə, Şirbəy, Bircəgül, Gülüzə, Gülan, Gülqənd, Gülənməd, Gülsurat, İton, Elqam, Elaine, Ellda, Elfun, Elba, Yaşam, Dalila, Daliya, Ayris, Ayçan, Ayid, İyad, Faləddin, Qalası, Bayar, Sağira, Bağış, Su, Sufi, Sudagül, Suman, Manas, Xansu, Xanı, Şanis, Zeytunə, Almagül, Kira, Firdus, Firduzə, Baday, Tarif, Əsğər, Əskinaz, Baxşı, Ağaəmi, Ağadədə, Lənkəran, Zirah, Yağız, Ərəbzəngi, Siratullox, Caniyat, Ciyərxan kimi qəribə adları övladlarına qoyan valideynlər görəsən nə düşünürlər?
Adın insan taleyində rol oynaması danılmazdır. Ən azından onu deyə bilərik ki, qəribə adı olan uşaqlar yaşıdları tərəfindən lağ obyektinə çevrilir.
Valideyn övladına istədiyi adı qoya bilərmi?
Bu sualla sosioloq Əhməd Qəşəmoğluna üz tutduq. Sosioloq Hit.az-a verdiyi açıqlamada bildirib ki, valideynlər əslində özlərini uşağın tam hüquqlu sahibi hesab eləsələr də yeni bir fərdə həyat verdiklərinin fərqində olmalıdırlar:
“Hər adı uşağa qoymaq olmaz. Çox zaman uşaqlar belə qəribə adlara görə komleksə düşür, depressiya yaşayırlar. Üstəlik gələcəkdə ciddi bir işlə məşğul olacaqlarsa adlarını dəyişmək məcburiyyətində qalacaqlar. Tutaq ki, Baday adlı prokuror, Sanış adlı müəllim var. Bu əlbəttə ətrafdakılar tərəfindən birmənalı qarşılanmayacaq. Tanıdığım Sərxoş adlı bir hüquqşünas öz adını dəyişərək Sadiq qoymaq məcburiyyətində qalmışdı. Meyxoş adlı bir tanış molla da adını dəyişərək Mahmud qoyub. Niyə insan valideynlərin düşüncəsizlik edərək atdığı addıma görə gələcəkdə əziyyət çəkməlidir? Adın insan taleyində müsbət və mənfi enerjisi mütləq var. Həm bu baxımdan, həm cəmiyyətin tələbləri baxımdan uşaqların gələcək taleyində problemlər yaradacaq adlar verilməməlidir. Məncə bu işə dövlət tərəfindən nəzarət həyata keçirilir və bu nəzarət gücləndirilməlidir”,- deyə sosioloq qeyd edib.
Murad