Qara Qarayevin ABŞ-də yaşayan nəvəsi - FOTOLAR

SOSİAL
23:11 / 14.02.2024
588

ABŞ-də yaşayan saksofon ifaçısı, bəstəkar və cazmen Zülfüqar Bağırov məhşur türk gitara ifaçısı Koray Ergünlə birgə Vaşinqton şəhərində "Live @ Rhizome DC" adlı yeni albomunu ərsəyə gətirib.

HİT.az xəbər verir ki, həmyerlimiz Vaşinqtonda  bir sıra konsert proqramları ilə çıxış edir, okeanın o tayında ölkəmizi layiqincə təmsil edir. İstedadlı ifaçının çıxış etdiyi konsert proqramları tamaşaçıların böyük alqışları ilə qarşılanır və xüsusi marağına səbəb olur.
Ətraflı

Qeyd edək ki, Zülfüqar Bağırov məşhur Azərbaycan bəstəkarları Qara Qarayev və Zakir Bağırovun nəvəsidir. O, Bakıda anadan olub, təhsilini Azərbaycan, Türkiyə və ABŞ-də alıb, hazırda Vaşinqtonda yaşayır. Əvvəlcə klassik klarnet ifaçısı kimi təhsil alan Zülfüqar Bağırov bədii karyerasının ilk illərində caza dərin maraq göstərib. Onun müəllimləri arasında tanınmış saksofonçu Billi Pirs və klarnet ifaçısı, Bostonun nüfuzlu Berkli Musiqi Kollecinin professoru Harri Skoler də yer alıb.

İstedadlı cazmenin bundan öncə də Qara Qarayevin vəfatının 32-ci ildönümü ilə əlaqədar ABŞ-də “QaraBağ: ZulfiqaRenatuS” diski işıq üzü görüb. Diskdə Azərbaycan klassik musiqi nümunələri Zülfüqar Bağırovun və portuqaliyalı pianoçu Renato Dizin ifasında müasir üslubda və yeni improvizədə dinləyicilərə təqdim edilib.

Albomu dinləmək üçün link: //listen.music-hub.com/Jjy6N7 .

0