Uşaqları televizordan necə uzaq tutmalı?

SOSİAL
20:08 / 20.02.2024
766

Bu gün Azərbaycan telekanallarında yayımlanan verilişlər, xüsusilə cizgi filmləri uşaqların tərbiyəsinə, onların formalaşmasına və psixologiyasına böyük təsir göstərir. 

Nəzərə alsaq ki, uşaqlar günün çox hissəsini televiziya qarşısında keçirirlər, onda yayımlanan verilişlərin, cizgi filmlərinin seçiminə də xüsusi diqqət yetirmək lazımdır. 

Maraqlıdır, uşaqları televizordan necə uzaq tutaq?

Uşaq psixoloqu Aynur Əliyeva Hit.az-a şərhində bildirib ki, televizor, planşet və digər cihazlar uşaqların davranışlarına da mənfi təsir göstərir:

“Televizor, planşet, kompyuterdə nəzarətsiz olaraq, saatlarla oturmaq uşaqlarda piylənməyə, onurğa əyriliklərinə və s. səbəb ola bilər. Elə bir cizgi filmi, yaxud veriliş tapa bilmərik ki, sırf olaraq uşağa müsbət təsir etsin. Yəni hər verilişin, cizgi filmlərinin müsbət və mənfi tərəfləri var. Sadəcə artıq valideynin öhdəsinə düşür ki, o, seçim etsin. Uşaq nəyəsə baxanda valideyn ona izah etməlidir. Təəssüf ki, valideyn öz işini görmək, sosial şəbəkədə  rahat vaxt keçirmək üçün uşağın nəyə baxdığına diqqət yetirmir. Müəyyən dövrdən sonra isə görürük ki, uşaqda gözləmədiyimiz hərəkətlər yaranır".

Sevinc

0