Bəylər xanımların işləməsini niyə istəmir?

SOSİAL
20:35 / 27.02.2024
757

Qadın evdə oturmalı, evini yığışdırmalı, ərinə, uşaqlarına qulluq etməlidir düşüncəsi get-gedə köhnəlir.

Artıq onlar həyatlarını dörd divar arasında, məişət qayğıları ilə məhdudlaşdırmaq istəmirlər. 

Ancaq illər öncə olduğu kimi indidə bəylər xanımlarının çalışmasını istəmir.

Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında deyib ki, xanımların özlərinə karyera qurmasına, iqtisadi müstəqillik əldə etməsinə münasibət birmənalı deyil: 

“Bilir ki, bunun həyat yoldaşı potensiallı qadındır, işləsə daha seçilmiş qadınlardan biri ola bilər. Bunu bəzən kişilər qısqanclıqla qəbul edir, onun işləməsinə maneçilik törədir. Sevindiricidir ki, son illər ölkəmizdə qadınların məşğulluğu, rəhbər vəzifələrdə çalışması istiqamətində müsbət dəyişikliklər hiss olunur. Yaxın keçmişdə təəccüblü görünən işgüzar qadın anlayışı da get-gedə adiləşir. Amma ailəsi ilə birgə iş həyatını da davam davam etdirmək fürsəti hər xanıma verilməlidir”.

Sevinc

0