Gənclər evlənməzdən və boşanmazdan öncə 1 ay psixoloqla görüşsünlər - TƏHLİL

SOSİAL
20:03 / 01.03.2024
779

Tez-tez  cəmiyyətin ziyalıları sosial şəbəkələrdə boşanma hallarının artması barədə giley-güzar edirlər.  

Deyirlər nikah azalır, boşanma çoxalır. Bəziləri boşanma, bəziləri də evlənmə prosedurlarının çətinləşdirilməsini təklif edirlər. 
Bəs bu lazımdırmı?

Hit.az-ın sualını sosiaoloq Əhməd Qəşəmoğlu cavablandırır:

“10 il qabaq hər 7 nikaha bir boşanma düşürdüsə, hazırda bu göstərici 4 nikah səviyyəsinə qədər azalıb. Dediyiniz təklifi səsləndirənlər həm haqlıdırlar, həm də yox. Məsələyə bir qədər fərqli rakursdan baxsanız, nə demək istədiyimi anlayacaqsınız. Əgər ailədə cütlük yola getmirsə, dünya görüşləri tamamilə fərqli və gələcək üçün də xoş heç nə görünmürsə, ilahinin ən qiymətli hədiyyəsi olan ömrü və zamanı boş yerə sərf etməyin mənası yoxdur. Bəlkə tərəflər ayrı-ayrılıqda iki yeni xoşbəxt ailənin təməlini qoya bilərlər. Boşanma çətinləşsə, ailəsində gün görməyən qadın ölməlidir və ya öldürülməlidir? 

Məsələnin problemi ondadır ki, qanmayıb qanmadığını anlmamaq, öz səhvində israr etmək də var, belə olan halda ikinci yox, üçüncü,dördüncü dəfə də boşanma mümkündür.

Dünən sosial şəbəkədə izlədiyim 20 yaşlı gəlin qışqıqra-qışqıra deyir ki, mən qayınanama niyə çay süzməliyəm? Nökər gəlməmişəm, anama çay süzmürəmsə, ona da süzməyəcəm. Getsin oğlu ilə çayxanda çayını içsin. Təəssüf ki belə düşüncəli gəlinlərin sayı az deyil. Sizcə belə bir gəlin ailədə davam edə bilər? Yetişdirdiyi uşağa hansı tərbiyəni verər? Bezib boşanmaq istəyən kişi günahkar sayılmalıdır?

Sosial şəbəkələr çox insanın maskasını cırdı. Virus kimi çoxlarının tərbiyəsini xəstələndirdi. Həm baxdıq ayıb olduq, həm baxdıq hayıf olduq. Bax evində əfi ilan saxlamaqdansa adam boşanmasın nə eləsin?İş ondadır ki, evlənmək və boşanmaq istəyən gənclərlə tərbiyə söhbətlər aparan bir qurum, bir ağsaqallar, ağbirçəklər şurası, psixoloqlar olmalıdır. Ailə dəyərlərinin nə demək olduğunu dərk eləsələr ya əvvəldən evlənməyəcəklər, bu yükü çəkməmək üçün, yada evlənəndən sonra rahatlıqla boşanmaq istəməyəcəklər".

Murad

0