Sosial şəbəkələr çökdü, azərbaycanlılar təşvişə düşdü - Səbəb nədir? 

SOSİAL
15:10 / 06.03.2024
838

"Bu gün insanlar yeni bir asılılıqdan - internet, smartfon asılılığından əziyyət çəkirlər. Mütəxəssislər bununla bağlı sos siqnalı verir".

Bunu Hit.az-a açıqlamasında psixoloq Elnur Rüstəmov deyib. O bildirib ki, problem keçən əsrin 90-cı illərindən yaranmağa başlayıb:

"Ancaq bizdə bu problem yenidir. Səbəb də internetin həyatımızın əsas tərkib hissəsinə çevrilməsidir. Böyük bir qism insanlar intenretdən sadəcə qayğılardan uzaqlaşmaq üçün istifadə edirlər. Baş verəcək hadisələrdən gec xəbər tutarlar deyə insanlar həyəcan keçirir, narahat olurlar. Bu da öz növbəsində onlarda stress, yuxu pozuntusu, həyəcan-təşviş, diqqət dağınıqlığı, depressiya kimi psixoloji problemlər yaradır".

Elnur Rüstəmov hesab edir ki, sosial şəbəkə asılılığı eyni zamanda kökəlmə, baş və ürək ağrısı kimi fiziki problemlərə də səbəb olur:

"Dünən insanlarda yaşanan təşvişin (sosial mediada problem yaranandan sonra-red.) səbəbi yeni nformasiya ala bilməməkləri ilə bağlı idi. Hansı ki, o informasiyaların böyük bir qismi də onların həyatlarına real təsiri yoxdur. Faydalı bir informasiya deyil. İfrat informasiya ilə yüklənmək insanların əhvallarının tez-tez dəyişməsinə səbəb olur. İnternetdən doğru istifadə etməyəcəyimiz tədirdə gələcəkdə bizi bir çox həm psixoloji, həm də fiziki problemlərlə qarşılaşa bilərik. Bir qismi ilə artıq qarşılaşmışıq da".

Azra 

0