Deyirlər, insan həyatda iki şeyi seçərkən diqqətli olmalıdır ki, gələcəkdə peşmanlıq çəkməsin.
Bunlardan biri ixtisas, digəri isə həyat yoldaşı seçimidir.
Bir qisim insanlar sevgi üzərində qurunlan ailələrə, bir qisim isə məntiqi evliliyə üstünlük verir.
Bəs, evlilikdə məntiqimizi, yoxsa ürəyimizi dinləməyilik?
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, uğurlu ailə üçün tərəflərin bir-birinə qarşı hansısa hissi olması şərtdir:
“Qadın kiməsə güvənmək istəyir. Eyni zamanda da qadın kişidə qadın obrazını dağıtmamalıdı.
Nəyə görə obraz deyirəm?
Var sevgi obrazı, var sevginin özü. Bəzən doğrudan da analar-atalar düşünür ki, bu insan filankəsin övladıdırsa, bu da onun kimi yaxşı övladdır, yaxşı insandır və yaxşı həyat yoldaşı olacaq.
Amma bəzən genetik amil heç də üst-üstə düşmür və tamam əks bir göstərici olur.
Biz dəfələrdə valideyn təəssüfünün belə şahidi olmuşuq.
Ona görə də münasibətlərin qarşılıqlı sevgi, anlaşma və qarşılıqlı inam əsnasında qurulmağının tərəfdarıyam”.
Sevinc