Cəmiyyətin formalaşması və inkişafı uşaqların tərbiyəsindən asılıdır.
Necə deyərlər, uşaqlar bizim gələcəyimizdir. Bəzi valideynlər uşağı qorxutmaq, onu hansısa bir işdən çəkindirmək, cəzalandırmaq, yaxud "olmaz"ı başa salmaq üçün müxtəlif "tərbiyə” və cəzalandırma üsullarından istifadə edirlər.
Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, bütün yaşlarda olan uşaqları qorxu, təzyiqlə bir şeylərdən çəkindirmək, qadağalar qoymaq düzgün deyil:
“Valideyn onları qorxudur ki, bunu etsən səni həkimə aparacam, iynə vuracaqlar. Bu halda mükafatlandırma ilə görülən işlər daha gözəl effektini verir. Valideyn öz işi ilə məşğul olur, telefonu uşağın əlinə verir. Heç bilmir ki, uşaq orda nəyə baxır. Daha sonra ana uşağa hiperaktiv, gərginlik diaqnozu qoyur. Deyir ki, uşağım başını divara vurur, göydə uçur və s. Bunlar uyğun olmayan cizgi filmlərin və filmlərin uşağa verdiyi fəsadlardır”.
Sevinc