Son illər cəmiyyətimizdə müzakirə olunan mövzulardan biri də ailədə baş verən xəyanətlərdir.
Qeyri-rəsmi məlumatlara görə, ölkədə baş verən boşanma hallarının əksəriyyəti məhz xəyanətə görə olur. Xəyanətə göz yuman bütün olanların üstündən xətt çəkib, həyatına heç nə olmamış kimi davam edənlər olsa da, bunu bağışlamayanlar çoxdur.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, xəyanətə ən çox meyilli olan tərəf kişilərdir. Kişi daim həyəcan axtarışında olur. Kişi sevə-sevə də xəyanət edə bilər:
“Kişilərin xəyanəti ona görə bağışlanılır ki, onlar ağılları ilə deyil hissləri ilə xəyanətə gedirlər. Buna fizioloji ehtiyac da demək olar. Amma qadınlar ağılları ilə xəyanət edirlər. İstənilən qadın xəyənət etməmişdən qabaq xeyli düşünür və sonda qərar verir. Belə deyək də, kişilər xəyanəti anlaqsız şəraitdə edir, qadınlarsa məqsədli və düşünülmüş şəkildə”.
Sevinc