Ramazan ayının ən vacib əməli oruc tutmaqdır. Bu ayda oruc tutmaq niyyəti olanları düşündürən əsas suallar bunlardır.
Kimlər oruc tuta bilər? Hansı xəstəliklərdə oruc tutmaq sağlamlıq üçün təhlükəli ola bilər?
Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, oruc tutmaq sağlamlıq üçün faydaları olsa da, bəzi xəstəlikləri olanlara oruc tutmaq tövsiyə edilmir:
"Mədə bağırsaq xəstəliklərində oruc 6tutmağı məsləhət görmürük. Mədə xorası, polip, mədədə turşuluq olanlar oruc tutarlarsa, bu, onların xəstəliklərinin daha da ağırlaşmasına səbəb ola bilər. Çünki bu xəstəliklər zamanı ac və susuz qalmaq olmaz. Həmçinin şəkər xəstələrinə də oruc tutmağı tövsiyə etmirik. Orqanizmin saatlarla ac və susuz qalması diabetli xəstələrin sağlamlığına mənfi təsir göstərir. Həmçinin, qan-damar xəstələrinin də bu məsələdə ehtiyatlı olmaldıır. Saatlarla susuz qalmaq qanın qatılaşmasına gətirib çıxara bilər. Hər bir halda oruc tutanlar həkimlə məsləhətləşməlidirlər".
Sevinc