Çox yatsanız belə dincəlmiş hiss etmirsiniz, əsla işinizə fokuslana bilmir, həmişə həvəs göstərdiyiniz işlərdən daha dad almırsınız.
Əgər sizdə bu əlamətlər varsa mənəvi və ya xrniki yorğunluq keçirirsiniz deməkdir.
Bəs bu necə yaranır?
Hit.az-ın sualını cavablayan psixoloq Yasəmən Əliyeva bildirib ki, bu keçmişdə yaşadığımız travmaları unutmadığımız və gələcək qayğıları ilə yükləndiyimiz üçün baş verir.
“Əgər bu vəziyyət 6 aydan çox davam edirsə, xroniki yorğunluq sindromu ilə üzləşmisiniz deməkdir. Yorğunluq hissi mövsüm dəyişərkən özünü daha çox üzə verir, yorğunluqdan əlavə yuxusuzluq, bədəndə sızıltı, halsızlıq və enerji çatışmazlığı kimi hallar yaşanır. Gələcəklə bağlı qayğılı fikirlərlə o qədər yaşayırıq ki, həm indiki anı itirir , həm də o anda yaşaya bilmirik. Beyin keşmişlə gələcək arasında savaş verir, öz-özünə o qədər danışır ki, möhkəm yorulur. Mənəvi yorğunluqdan çıxmaq üçün qayğılı düşüncələdən uzaqlaşmaq, anı yaşamaq lazımdr. Onsuz da düşünməklə o problem həll olunmur. Barı səhhətinizə ağır zərbə vurmayın”,- psixoloq qeyd edib.
Psixoloq xroniki yorğunluqdan qurtulmaq üçün şən musiqi dinləməyi, gəzinti və yüngül idman hərəkətlərini tövsiyə edib.
Murad