Ər-arvad boşananda hansı əmlak bölünür?

SOSİAL
14:51 / 24.04.2024
717

Boşanma zamanı ər arvad arasında hansı əmlak bölünməlidir?

Hit.az-ın sualına cavab olaraq vəkil İsrafil Əlili bildirib ki, ər-aravadın birlikdə istifadə etdikləri hər əmlak və əşya bölünə bilməz:

“Əgər ər arvaddan birinə evlilik zamanı bir hədiyyə verilib və ya miras qalıbsa , bu əmlak boşanma zamanı bölünmür. Ona görə  belə əmlakın hədiyyə və ya miras olduğuna dair sənədi qoruyub saxlamaq lazımdır”,- deyə vəkil qeyd edib.

O əlavə edib ki, ər-arvadın evlilik müddətində birlikdə işləyib qazandıqları və ya onlardan birinin qazanıb, aldığı əmlak bölünmə əməliyyatına tabe tutulur.

Murad

0