Evlənməyə qorxuram

SOSİAL
21:56 / 30.04.2024
756

Son zamanlar qəribə duyğu içindəyəm. Qarşımda çıxan toy videolarında  sanki bəylər dəyişir, gəlinlər hamısı eynidir.

Bütün gəlinləri eyni stildə makiyaj edirlər, hamısı ərəb makiyaşı, təmtəraqlı saç düzümü.

Üstəlik hamsı eyni cərrahın əlindən çıxmış kimi burnu kəsik. Dodağı şişik, qaş tatuaj, saç, kiprik, dırnaq qaynaq, yanaq, çənə dolğu...

Bəyin toy günü bir işi var, saqqalını, saçını səliqəyə salıb, kostyumunu geymək. Amma gəlin? Öncədən ən bahalı gəlinlik seçilməlidir, gəlin bəzəyi üçün ən az 500 manat ayrılmalıdır ( bu qiymət çox zaman 1500 -2500 manata qədər yüksəlir), gəlin maşını ən bahalı olanı kirayələnməlidir,  gəlinə ən bahalı zinət əşyaları alınmalıdır...

Bir sözlə toy eləmək istəyən ən azından 20 min manat hazırlamalıdır ki, gəlini evinə gətirsin. Amma bu süni gəlin toyun sabahı gün üz-gözünü yuyub, qohum-qonşu arasına çıxanda hamı deyir , kimdir o? Çünki toyda gördükləri gəlinlə qarşılarındakı arasında  böyük fərq olur.

Hələ mən plastik əməliyyatlarla üz gözünü dəyişdirən, cavanlaşan, cinsini dəyişənləri demirəm. Belə çıxır ki, evlənəndə mütləq şəkildə soruşmalı olacam -  “Bağışlayın, siz anadangəlmə qızsınız?”

Məşədi İbad demiş, gəlinliyin içindən kişi çıxmaq qorxusu da var axı.

Asan deyil, vallah biz oğlanların işi heç asan deyil.
 
Murad

0