Övladlığa uşaq götürməyi stimullaşdırmaq üçün nə etməliyik? - "Tanınmış şəxslər..."

SOSİAL
15:42 / 02.05.2024
855

Övladlığa uşaq götürməklə bağlı statistikalar açıqlanıb. 

Belə ki, bu il 35 uşaq övladlığa götürülüb. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında nazir Sahil Babayev bildirib.

Qeyd edək ki, övladı olmayan bəzi ailələr uşaq evlərinə müraciət edərək övladlığa uşaq götürürlər. Beləliklə, həm onların övladı olur, həm də bir uşağın həyatı müsbət mənada dəyişir. Ən əsası uşaq evində böyümək məcburiyyətində qalan uşaqların da ailəsi olur. Lakin ölkəmizdə övladlığa uşaq götürmə halları olduqca azdır. 

Bəs övladlığa uşaq götürmələri stimullaşdırmaq üçün hansı addımlar atılmalıdır? 

Mövzu ilə bağlı sosioloq Mail Yaqub Hit.az-a açıqlama verib. Onun sözlərinə görə, bununla bağlı tanınmış şəxslərin reklam çarxlarında çəkilməsi cəmiyyətdə stimul yaradar:

349266

"Hər hansısa bir müsbət işi cəmiyyətdə yaymaq üçün insanların sevdiyi şəxsin onu etməsi çox önəmlidir. Psixologiyada da belə bir praktika var. Çünki insanların sevdiyi şəxsin belə bir addım atması cəmiyyətdə stimul yaradır. 

Düşünürəm ki, övladlığa uşaq götürmək ənənəsini yaymaq üçün reklam çarxları çəkilməlidir. İncəsənət, idman, siyasət və hər hansısa sahədə tanınmış şəxsin həmin çarxda övladlığa uşaq götürməsi əks oluna bilər. Fikrimcə, bu addımı atmaqla övladlığa uşaq götürmə ənənəsini yaya bilərik".

Pərviz

0