Valideyn razılığı olmadan azyaşlı uşağı xaricə aparmaq olar?

SOSİAL
17:11 / 07.05.2024
921

Valideynlər boşandıqdan sonra uşaqların hamilik məsələsi əsl problemə çevrilir. 

Uşaq azyaşlıdırsa, onun sənədləri ilə bağlı məsələlər konfliktdə olan ata-ana arasında əsl mübahisə mövzusuna çevrilir.

Bəs azyaşlı uşaqları xaricə aparmaq istəyəndə tərəflərdən biri buna icazə verməsə, problem necə həll olunur?

Hit.az-ın sualını cavablandıran hüquqşünas Elvin Babayev bildirib ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən, əgər uşağın valideynlərindən biri razılıq vermirsə   bunu məhkəmə yolu ilə həll etmək olar.

Formalaşmış məhkəmə təcrübəsinə əsasən uşağın sağlam böyüməsini nəzərə alaraq, mənəvi və digər ehtiyaclarının təmin edilməsi məqsədilə, uşaq valideynlərinin birinin razılığı olmadan maneəsiz şəkildə ölkə sərhədlərindən çıxarıla bilər. Məhkəmələr adətən bu tipli iddiaları təmin edirlər”,- deyə o bildirib.

Murad

0