Cinsi qısnama halları niyə gizli qalır?

SOSİAL
23:16 / 08.05.2024
758

“Cəmiyyətdə davranış pozuntusu deyə bir anlayış var. Əvvəllər pis davranışı adətən görməzdən gələrdik, olmamış kimi qələmə alardıq”. 

Bu sözləri sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib.

O bildirib ki, cəmiyyətdə sosial şəbəkələrin və internetin bu qədər aktual olması bütün bu halların artmasına səbəb olub. Artma səbəbləri də daha çox işıqlandırmaq və müzakirədir:

“Ailəsində zorakıllıq görən uşaqlar cinsi istəkləri də fərqli formalaşır. Qarşısındakını zorla özünə tabe etdirmək istəyir. Qapalı olan ölkələrdə bu hallar daha çox olur. Erkən yaşda yeniyetmələrin cinsi ehtiyacları düzgün şəkildə ödənmədikdə qarşı tərəfə təcavüz edirlər. Sosial şəbəkələr də həddindən artıq çox açıqdır. Valideynlərin nəzarəti yox səviyyəsindədir”.

Sosioloq onu da deyib ki, iş yerlərində cinsi qısnama hallarının əksər vaxt gizli olaraq qalmasının səbəbini daha çox sübutetmə imkanlarının məhdud olması ilə bağlıdır.

Sevinc

0