Pul müqabilində övlad - Uşaq hamiliyə götürməyə hazırsınız?

SOSİAL
19:35 / 13.05.2024
607

Bir ay öncə Azərbaycanda ilk dəfə himayədar ailə modeli yaradılıb.

Layihəyə əsasən, valideyn himayəsindən məhrum olan uşaqlar müvəqqəti övladlığa veriləcək. 

Belə uşaqları övladlıq alan ailələrə isə 395 manat müavinət verilə bilər. 

Bəs hər ailə uşaq götürə bilərmi, hansı qayda-qanunlar mövcuddur? Uşaq sahibi olmaq istəyənlər hara və necə müraciət etsinlər?

Hüquqşünas Elvin Babayev Hit.az-a bildirib ki, vətəndaşlar notarial qaydada elektron ərizə yazaraq, şəxsi kabinetlər açmaqla Sosial Xidmətlər Agentliyinin nəzdində yaradılmış himayədar ailə bölümünə müraciət etməlidirlər. Daha sonra  ailənin müayinəsi başlayır. Daha sonra himayədar ailələr təlimlərə cəlb olunur, təlim bitdikdən sonra uşaqla ailənin uyğunlaşmasına baxılır. Himayədar ailəyə dəstək məqsədilə dövlət sosial müavinət verəcək.

Müavinətin miqdarı uşağın yaşından asılı olaraq dəyişir. 0-6 yaş arası uşaqlara 355 manat,  6 yaşdan yuxarı uşaqlara 395 manat, əlilliyi olan uşaqlar üçün isə 395-430 manat nəzərdə tutulub”.deyə hüquqşünas əlavə edib ki, subay və dul şəxslərə də himayədar ailə olmaq imkanı verilir".

Sosial şəbəkələrdə isə bu məsləyə münasibət birmənalı olmayıb.

"Öz doğma balalarımıza uşaq pulu ala bilmirik, yardımçı ailə olaraq verilən pul isə  az deyil", deyə şəklində şərhlər yazılıb.

Haqsız da sayılmazlar. Lakin hamiliyə götürənlərin də, götürülənlərin də sayı az olduğu üçün dövlət belə bir təşviqedici addım atıb.

Murad

0