Məcburi köçkünlərə verilən "çörəkpulu" kəsilir? - Rəsmi açıqlama

SOSİAL
15:00 / 15.05.2024
619

Məcburi köçkünlər arasında narahatlıq yaradacaq məlumat yayılıb. Məlumata görə, bu aydan etibarən onlara verilən "çörəkpulu" dayandırılacaq.

Məsələyə aydınlıq gətirilməsi üçün Publika.az Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə müraciət edib.

Komitədən saytımıza bildirildi ki, bu barədə bütün məlumat Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı “Böyük Qayıdış” dövründə vahid aylıq müavinətin verilməsinə dair videoçarxda əksini tapıb.

Bildirilib ki, sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerinə qayıtmasından 3 il müddətinə qüvvədədir:

“Sosial müdafiə tədbirlərindən biri kimi məcburi köçkünlərə vahid aylıq müavinət də ödənilir. Əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şərait yarandığı vaxtdan 3 il keçəndən sonra əvvəlki yaşayış yerinə qayıtmış və ya qayıtmamış şəxslərə vahid aylıq müavinətin verilməsi dayandırılacaq”.

0