"Filan qadın ərindən boşanıb ikinci dəfə ərə getdi. Görürsüz də, digər qadınlara necə pis nümunədir?!".
Bu cür düşünənlərin təbirincə, boşanmış qadınlar cəmiyyətdə daş-qalaq olunmalıdır.
Onların aləmində boşanmış qadın yalnız evdə oturmalı ya da kiminsə sevgilisi olmalıdır.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, boşanmış qadının ikinci dəfə ailə qurmasında qəbahət heç nə yoxdu:
"Boşanmış qadınların ikinci dəfə ailə həyatı qurmasına çox normal baxıram. Çünki, insan birinci dəfə ailə həyatı quranda alınmaya bilər. Ona görə də boşanmış qadına fərqli gözlə baxmaq yanlış düşüncədir. O da insandır. Onun da xoşbəxt olmağa haqqı var. Boşanan qadın da bir insandır. O heç kimə söz verməyib ki, o, boşanmayacaq. Qadının da yaşamaq və xoşbəxt olmaq haqqı var. Məgər boşanmış qadının yaşamaq haqqı yoxmu?! Əlbəttə var”.
Sevinc