Kişi-qadın məsələsi - Güc yarışı lazımdır?

SOSİAL
21:41 / 23.05.2024
543

Bir neçə gündür sosial şəbəklərdə kişilər güclüdür, yoxsa qadınlar mövzusu üzərində iki cinsin nümayəndələri arasında müzakirlər gedir. 

Şahmatçı Şəhriyar Məmmədyarovun dediyi bir kəlmə cəmiyyəti iki yerə bölüb. Qadın boyundur, kişi baş. Kişi qadının istədiyi tərəfə dönər deyənlər də var, əksini iddia edənlər də.

Ən əsası odur ki nə qadın kişisiz, nə də kişi qadınsız özünü bütöv hiss edə bilmir. Quş bir qanadla uça bilməyəcəyi kimi, cəmiyyət də onlardan biri olmadan çiçəklənməz, inkişaf etməz .

Müasir dünyada dünyaya qadın gəlib, dünyadan kişi kimi köçmək və ya əks formada cins dəyişdirmək adi hall alıb. Bütün dəyərlərin korroziyaya uğradığı, hətta cinslərin belə bir-birinə inteqrasiya etdiyi dövrdə bu mübahisə bir qədər yersiz deyilmi?

Biz birlikdə olanda maraqlıyıq, çünki dünyanı iki cinsin bir birinə qarşı olan sevgisi yaşadır, nifrəti yox!

Murad

0