İctimai nəqliyyatdan istifadə edənlər daha çox yaşlı, qadın, uşaqlının ayaqüstə görəndə ona oturduğu yeri təklif edir.
Bu hal zamanla müzakirə olunur.
Yaşlı, hamilə və körpə uşaqlıya yer vermək məqbul görünsə də, orta və ya cavan qadına yer vermək hər kəs tərəfindən normal qəbul edilməyib.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, qadın zəif varlıqdı, onu qorumaq lazımdı:
“Artıq bir qisim gənclər qadına avtobusda yer verməyi düzgün hesab etmir. Onlara görə cavan da gediş haqqı verir, qadın da. Ancaq bu düzgün deyil. Nəzərə almaq lazımdır ki, Azərbaycan cəmiyyətindı hər zaman qadına hörmət olunub. Dünyanın bir çox ölkələrində də bizim ölkədə olduğu kimi xanımlara özəl münasibət sərgiləyirlər. İstər ictimai nəqliyyatda, istər digər nüanslarda bunun etik sayılması məqamına və şərtlərə baxır. Xanımlara yer verilib-verilməməsi isə şəxsi davranış tərzidir”.
Sevinc