Ah Avropa-Avropa - Biz nə istəyirik?

18:42 / 30.05.2024
476

Söz düşəndə hamı Avropanı tərifləyir. Ay Avropa belə, ay Avropa elə. Ora getmək, köçmək arzusunda olanlar az deyil.

Bəs Avropanın nəyi insanlarl belə cəlb edir? Təmizliyi?Küçələrə tüpürənlər, zibilliyənlər Avropaya gedəndə daha tərbiyəli olurlar? Bura da  sənin şəhərindi də, olsun Avropavari.

Azadlıq deyirlər? Hansı azadlıqdan söhbət gedir? İnsanların özlərinin mentalitet deyib , ətraflarına hördükləri qayda qanunlardan azad olmaq istəyir?

Bəyəm biz dəyişə bilmərik?

Dəyişməli olan zehniyyətimizdir, yoxsa bu düşüncə ilə hara üz tutsaq, orada öz cəhənnəmimizi yaradacağıq. Avropa möcüzə törətmir, ora gedəndə şeytan dönüb, mələk olmur. Biz dəyişsək , durduğumuz hər yer cənnət olar, dünya Azərbaycana köçmək həvəsi ilə yaşayar. Qurmaq, yaratmaq arzusu bizdə, işgüzarlıq bizdə, inkişaf etmək arzusu bizdə. Qalır bir balaca cəmiyyətin sosial mənada tərbiyəsi. Həm gözə görünən 5-10 nəfər qara zehniyyət bütöv Azərbaycan demək deyil. Arabaya beşinci təkər fikirləşməkdənsə, olduğun yeri daha gözəl etmək üçün düşün, hərəkət et, yetərlidir.

Murad

0