Əhali arasında qıcıq yaradan verilişlərin yerinə nələr yayımlanmalıdır?

12:32 / 31.05.2024
632

"Hər bir şəxsin sevərək və həvəslə izlədiyi verilişlər olur".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, heç kimi eyni proqrama baxmağa məcbur etmək olmaz:

"Hər kəsin düşüncəsini sadəcə bir proqrama yönəldə bilmərik. Amma indiki zamanda efirlərdə gedən verilişlərin böyük hissəsi dərdli, problemli və insana neqativ enerji ötürəcək layihələrdir. 

Telekanallarımızda insanların bir-birlərilə davaları, kimlərinsə problemlərini həddindən artıq böyütməsi, eləcə də hansısa problemlərin həll yollarının axtarılması tamaşaçılara təqdim olunur. Üstəlik, bütün bunlar bəzi insanlar tərəfindən həvəslə izlənilir".

Həmsöhbətimiz qeyd edib ki, telekanalları açdığımız zaman neqativ və problemlərlə dolu efirlər izləyirik:

"Hazırda baxılan proqramlara təlabat var. Çünki telekanallar hansı proqramlar baxılırsa, o janrda daha çox layihə hazırlayırlar. Təəssüf ki, hazırda yayımlanan sözügedən veriıişlər elə insanların görmək istədiyi proqramlardır".

351586

Psixoloq diqqətə çatdırıb ki, bütün neqativ proqramların yayımını dayandırıb hər zaman pozitiv layihələr də təqdim etmək olmaz:

"Çünki hər bir proqramın özünün izləyicisi olur. Lakin insanları neqativə cəlb edən proqramları nisbətən azaldaraq, onların yerinə maarifləndirici verilişlər yayımlamaq olar. 

Bundan başqa, onların əvəzinə yerli və xarici filmlər, habelə maraqlı sənədli filmlər nümayiş etmək mümkündür. Həmçinin, vətəndaşlar arasında efirdə hansı tip proqramları görmək istədiklərinə dair sorğu aparıla bilər. Bunun əsasında onlara xitab edəcək verilişlər hazırlamaq olar".

Pərviz

0