2024-cü ilin ilk 5 ayında Türkiyədə ən çox satılan elektrikli avtomobillərinin adı bəlli olub.
Hit.az xəbər verir ki, bu barədə Avtomobil Distribyutorları və Mobillik Dərnəyi (ODMD) məlumat yayıb.
Bildirilib ki, cari ilin yanvar-may aylarında qardaş ölkədə avtomobil satışları 10,25 faiz artaraq 375 min 97 ədədə çatıb. Sözügedən dövrdə satılan avtomobillərin 66,1 faizini benzin, 14,4 faizini hibrid, 10,5 faizini dizel, 8,3 faizini elektrik, 0,7 faizini isə avtoqazla işləyən avtomobillər təşkil edib. Keçən illə müqayisədə satışları 200 faizdən çox artan elektromobillərin payı isə 7 faizi ötüb.
Ümumiyyətlə, 2024-cü ilin ilk 5 ayı ərzində Türkiyədə ən çox satılan elektromobillər aşağıdakılardır:
1. "Togg T10X" - 11.288 ədəd
2. "SsangYong Torres EVX" - 2.119 ədəd
3. "BMW i5" - 1.305 ədəd
4. "BMW iX1" - 939 ədəd
5. "Mercedes EQB" - 854 ədəd
6. "MG4" - 818 ədəd
7. "Volvo XC40" - 741 ədəd
8. "Hyundai Ioniq" - 6.685 ədəd
9. "BYD Atto" - 3.623 ədəd
10. "Renault Megane E-TECH"- 537 ədəd
Pərviz