Hit.az redaksiyasına oxucumuz müraciət edib.
Aqil Xalıqov soruşur ki, yeni iş tapıb. Onun üçün daha sərfəli və maaşı yüksəkdir. Lakin hazırda işlədiyi şirkətdən ona bildirilib ki, iş yerini tərk edəcəyinə dair ərizə verdikdən yalnız bir ay sonra işdən gedə bilər. Ona qədər şirkət yeni mütəxəssis tapmalıdır. Bu nə dərəcədə qanuna uyğundur?
Hit.az-ın sualını cavablandıran hüquqşünas Elvin Babayev bildirib ki, bu məsələdə hər şey iş verəndən yox, işçidən asılıdır:
“Belə bir qayda yoxdur. İşçi işdən çıxmaq istəyirsə dərhal çıxa bilər. Ərizə verib, bir ay gözləməlidir , deyə bir qanun yoxdur. Bu özəl şirkətlərin qoyduğu daxili qaydalardır. İşçini işdən qovarkən necə ki, bir ay gözləmirlər, işçi gedərkən də gözləmək məcburiyyətində deyil. Əməkdaş tapmaq şirkətin qayğısıdır. Elə hal ola bilər ki, əməkdaşın həyat yoldaşı ilə birlikdə ( hərbiçi və ya digər dövlət qulluqçusu olarsa) getmək məcburiyyəti olsun, onda nə etməlidir? İşçinin bu qədər gözləmək məsuliyyəti yoxdur”,- deyə o bildirib.
Murad