Hit.az redaksiyasına növbəti müraciət daxil olub.
Xanım Cavadova yazıb ki, 7 ay öncə onu işlədiyi şirkətdə öncədən heç bir xəbərdarlıq etmədən işdən azad ediblər:
“Mənə dedilər ki, sabahdan işə gəlmə. Özün könüllü işdən çıxmaq barədə ərizə yazmasan, Əmək kitabçanı korlayacağıq, başqa yerdə iş tapa bilməyəcəksən. Ərizə yazmağa məcbur oldum. Ona görə də heç bir kompensasiya almadan işdən ayrıldım. Üstündən 7 ay keçib. Mən haqqımı necə tələb edə bilərəm?- deyə o yazıb.
Hit.az-ın mövzu ilə bağlı sualını cavablandıran hüquqşünas Elvin Babayev bildirib ki, bu əslində təzyiqlə işdən çıxarılmadır, iş verən əmək kitabçasını korlaya biləcək heç nə edə bilməzdi:
“Hazırki halda xanım özü ərizəsini yazıb işdən çıxdığına görə vəziyyət bir qədər qəlizləşir. Lakin o, Əmək Müfəttişliyinə müraciət edə bilər. Eyni qadada iş verən tərəf də xanımın onlara iftira atdığını iddia edə bilər. Buna görə, Xanım Cavadova öz haqqını tələb eləmək üçün məhkəməyə baş vurmalıdır”,- deyə hüquqşünas vurğulayıb.
Murad