Oğlan uşaqları niyə gəlinciklə oynayır?

SOSİAL
19:30 / 06.06.2024
795

Uşaqların bir qismi öz cinsinə uyğun oyuncaqla oynamağı sevmir.

Oğlanlar maşınlarla deyil, gəlincikliə oymağa üstünlük verir. Qızlar isə maşınla oynayır.

Maraqlıdır, bu hal nədən əmələ gəlir?

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, valideyn oğlunu doğru tərbiyə edərsə, təbii ki, çox problemlə rastlaşmayacaq:

"Əgər oğlan uşağı gəlinciklərə meyl edirsə və valideyn bunu qadağan edirsə, qışqıraraq, bağıraraq onu qorxudur və ya qadağa qoyaraq, reaksiya verirsə, uşaq daha çox o şeylərə meyl edəcək. Çünki qadağan olunan meyvə həmişə şirin olur. Əksinə, bu enerjini başqa bir şeyə sərf edə bilərik. Hazırda elə bir dövrdəyik ki, oğlanlar üçün də oyuncaq seçimi boldur. Hansısa bir cizgi filminin qəhrəmanları var kukla formasında, onlar alına bilər. Əgər uşağın həvəsi varsa ona, o həvəsi ötürmək lazımdır. Səhv enerji yanlış bir seçimə gətirib çıxarır".

Psixoloq onu da əlavə edib ki, ata obrazı zəif olan oğlan uşaqlarında qarşı cins kimi davranma, onların əşyalarına meyl etmə və s. mütəmadi şəkildə müşahidə olunur.

Məsələn, atalar davamlı işdən evə gec gəldikdə, xaricdə işləyən və ya uzun müddət orda olan atalar, oğul övladı ilə zaman keçirməyən atalar və ya boşanmış, ayrılmış atalar həmçinin atası olmayan uşaqları deyə bilərik ki, onlarda kişi cinsiyyətini tanıma və kəşf etmə formalaşmır. Belə vəziyyətlərdə uşaqda ata obrazını əvəz edəcək ya bir müəllimi, ya da dayı, baba olmalıdır ki, uşaq onunla vaxt keçirsin və onda öz cinsiyyətini tanıma formalaşsın.

Sevinc

0