Votsap yazışmaları çıxarıla bilərmi?

SOSİAL
19:57 / 07.06.2024
832

Sosial şəbəkələrin həyatımıza gəlişi ilə münasibət foralarında köklü dəyişiklik yarandı. 

İndi hamı problemlərini bir zəng və ya mesajla həll etməyə alışıb.

Lakin bu mesajların intim xarakter daşıması halları da baş verir.

Çoxlarını bu sual maraqlandırır. Sosial şəbəkələrdəki yazışmalar kimlər tərəfindənsə çıxarıla bilərmi? 

Hit.az-a açıqlama verən hüquqşünas Elvin Babayev bildirib ki, belə yazışmalar yalnız istintaq orqanlarının tələbi ilə çıxarıla bilər:

“Lakin bu o demək deyil ki, həmin yazışmaların toxunulmazlıq statusu var. Əgər siz internetin serverindən istifadə edib , yazışmısınızsa, bu məlumatları əldə etmək asan olacaq. Çəkinəcək, qorxacaq yer varsa, bunu sadəcə eləməyin. Hər hansı cinayət hadisəsi baş verərsə, bu yazışmalar polis tərəfindən araşdırılacaqdır”,- deyə hüququşünas bildirib.

Murad

1