Bakıda dələduzluqda şübhəli bilinən qadın saxlanıldı

SOSİAL
17:44 / 08.06.2024
837

Paytaxtın Yasamal rayonunda dələduzluqda şübhəli bilinən qadın saxlanılıb.

Bu barədə Hit.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə 3 nəfər şəxsin ümumilikdə 1010 manat və 3400 avro pullarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən 50 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

0