"Bizə sərf edən xəyanəti qəbul edirik"

SOSİAL
22:12 / 25.06.2024
675

“Bizə sərf edən, eqomuzu bəsləyən, maddi rifahımızı yüksəldən çox şeyə "hə" deyə bilirik. Çox zaman ortada vicdan, ədalət, dürüstlük, sədaqət, xəyanət rol oynamır, hansı davranışın sər edib, etməməsi rol oynayır. Fikrimi belə izah edim. Qadın əri ona başqa qadınla xəyanət edəndə bağışlayır, lakin əri korrupsioner olub, vətənə xəyanət edəndə buna göz yumur”.

Bu fikirləri Hit.az-a sosioloq Əli Mərdanlı səsləndirib.

“Gənclər onlara imkansızlıq səbəbi ilə baxa bilməmiş ata-analarını rahatlıqla ittiham edirlər, çox zaman onlardan ayrılırlar, amma heç bir zaman onları xalqa xəyanət edərək, yığdıqları sərvət içində böyütmür. Ata- analardan üz döndərmirlər. Demək ki, insana sərf edəndə xəyanəti qəbul edir, sərf etməyəndə etmir. Bu dəyərlər altında böyüyən yeni nəsil media və efirlərin də vasitəsi ilə “yalnız pulu olan adam sayılır, nə yolla olursa olsun, qazan, o zaman hörmət görəcəksən” fəlsəfəsinə inanmağa başlayır. Bir yeni zombiləşmiş  nəsil yetişdirilir”, deyə o bildirib.

Murad
 

0