Müğənni alimdən çox qazanırsa, hansı inkişafdan söz gedəcək?

SOSİAL
19:36 / 25.06.2024
621

“Bir ölkədə bir müğənni bir bayağı mahnıyla milyonları qazanır, bir müəllim, bir alim özünün, ailəsinin tələbatlarını  məvacibiylə ödəyə bilmirsə, bu, həm maddi, həm mənəvi anlamda faciədir. Kənardan baxan da , elə öz içimizdən diqqət edən də elə başa düşəcək ki, həmin ölkənin dəyəri, ictimai siması o bayağı müğənnidir. O, ölkədə müəllim, təhsil  urvatdan salınır, bayağı musiqilər, şit müğənnilər ilahiləşdirilir, gələcək inkişaf, elm tənəzzülə uğrayacaq”. 

Bu fikirləri Hit.az-a professor İdris Abbasov səsləndirib:

“Ölkədəki elmi dərəcə, elmi ad anlayışı çoxları üçün heç bir əhəmiyyət kəsb etmir. Universitetlərin məzun etdiyi, guya, ali təhsilli adamın sertifikasiya imtahanından keçə bilməməsi reallığı ölkədəki təhsilə,  Təhsil Nazirliyinin təhsillə bağlı fəaliyyətinə inanmamağa sövq edib. Baxın, ölkədəki ali təhsil müəssisələrinin rektorlarının, prorektorlarının, dekanlarının, imkanlı şəxslərin hansılarının övladları ölkəmizdə ali təhsil alırlar? Barmaqla sayılacaq qədər az”,- deyə o qeyd edib.

Murad
 

0