Hit.az-a izləyici müraciəti gəlib və psixoloqlardan cavab almağımızı xahiş edir.
"Bir nəfər məni sevdiyini bildirdi. O dərəcədə çılğınlıq və böyük diqqətlə yanaşırdı ki, sevgisinə inanmamaq mümkün deyildi. Nişanlandıq. Lakin nişandan 2 gün sonra həmin insan getdi, sanki yerinə başqası gəldi. Mənə qarşı çox soyuq, peşman bir vəziyyətini hiss etdim . Mən heç nə anlaya bilmədim. Nişanlı olduğumuz müddətdə o gah belə, gah elə davranışlar sərgiləyir. Mən nə edəcəyimi bilmirəm”.
Qənirə Lalayeva belə yazır. Və çox yəqin ki, Qənirə bipolyar pozuntusu olan şəxslə nişanlandığından xəbərsizdir.
Bəs bipolyar pozuntusu olmaq nə deməkdir?
Hit.az-ın sualını psixoterapevt Günel Cəfərli cavablandırıb:
“Bipolyar pozuntu manik və depressiv epizodların ən uc vəziyyətidir. Belə pozuntusu olan adamlar başqaları üçün çox gözlənilməz addımlar sərgiləyə bilərlər. Məsələn, xəstəliyin tətiklənmə anında qadın ərinə xəyanət edə, sonra bunu xatırlamaya bilər.
Bipolyar pozuntu insanın bir anda əla hiss etməsinə və bir müddət sonra özünə qapanmasına səbəb olur. Xəstəliyin diaqnozunu psixoloq qoymalıdır və mütləq müalicə aparılmalıdır. İnsanın xoş əhvalda olması hələ onun sağalması anlamına gəlməz. Çünki belə adamlar nə şiddətdə şən olurlarsa o şiddətdə də bədbinləşə, hətta intihar edə bilərlər.
Bipolyar pozuntunun yaranmasına beyinin kimyəvi sturukturu, genetik faktorlar və tətikləyən faktorlar səbəb ola bilir. Genetik ötürülən xəstəlikdir. Ona görə ailəsində bipolyar pozuntu olanlar da psixoloji müayinədən keçməlidirlər”- deyə psixoterapevt bildirib.
O, qeyd edib ki, bu xəstəliyin müalicəsi var.
Murad