Kimlə evlənirik, niyə boşanırıq?

SOSİAL
21:02 / 02.07.2024
721

Əvvəllər deyərdilər ki, “Moskviç” xalaqızıdır, almısansa, boşaya bilmirsən. Zarafatla deyilmiş söz idi, amma arxasında yüzlərlə ailənin tale yükünü daşıyırdı. Boşana bilməyən bədbəxt qohumlar, boşanıb düşmən olan qohumlar…

Azərbaycanda kim ki, görücü üsulu ilə ailə qurur, kim ki xalası qızı, bibisi oğluyla evlənir, bütün problemlərə baxmayaraq, ən azı, yarıxoşbəxt bir həyat yaşayır. 
Sevgi ilə evlənənlərin çoxu ya peşimandı, ya düşmən…Şəxsi fikrimdir , əlbəttə..

Bizim ictimai mühit kişi ilə qadını bir-birinə rəqib kimi yaşadır, əksər hallarda kişi üstünlüyünü qorumaq üçün dəmir yumruqlu olur. Bizim ölkədə evlənmək bir nəfərlə yox , onun nəsli ilə evlənmək deməkdir. Ərin, arvadın qalır kənarda, onun qohum əqrəbaları ilə çürüməli olursan. Mentalitet belə tələb edirmiş.

Kişilər düşünür ki, bizim xanımlar son 10 il erzinde hegemon ,izafi feminist ,iddialı olub. Odur ki, bədbəxt olmagdansa , boşanıb sərbəst həyat yaşamaq istəyirlər. 

Sərbəst həyatı isə təbliğ edən sosial şəbəkələr var. "Baboşa baxıb , varlana bilərəm” ağlına düşən çox qadın var. 

Qərbdə evlilik xarakter uyumu ilə baş tutur, biz də isə bir- birimizin qabığını, zahiri görünüşünü  sevib, evlənmək dəbi var. Şəklini gördü, bəyəndi, evləndi. Təbii ki sonra da boşandı.

Bizim ailə dəyərləri dediyimiz şeylər  çox zaman geydirmə və içiboş bir şey olub. 

Baxsaq nə görürük? 17-22 yaşlı qız uşaqlarının "el-oba nə deyər", "getsəm başıma nə iş gələr" qorxusundan faydalanan hegemon qayınanalar, baldızlar və öz başı ilə ailəsini idarə etməyən ərlər.

Müstəqillik qazanan qadının taleyini idarə etmək istəyi ilə yaşayır bizim kişilər. Dəstək yox, sahiblənmək, qul etmək arzusu. Normal qurulan ailələr yenə də qalır. Axmaq dəyərlərlə formalaşdırılan ailələr isə dağılır...

Murad
 

0