Çoxları qlobal dünyanın ailə institutunu dağıtmağa hədəflədiyini söyləyir. Buna qarşı çıxanlar da var, dəstəkləyənlər də. Həm də tək- tək yox.
Mübarizə artıq mədəniyyətlər və ölkələr arasında gedir.
Kino ən böyük təbliğat maşınıdır. Qərb dünyası bu maşından öz yenilikçi fikirlərini yaymaq, Şərq dünyası isə əksinə klassik tendensiyanı davam etdirir.
Məsələn müasir yaxın şərq, o cümlədən Türkiyə və Azərbaycan filmlərində qatı dindarlar və qeyri-dindarların dünyagörüşlərinin toqquşmasını görürük.
“Kızılcık şərbəti”ində bu mənada konflikt əsasən məişət vəziyyətlərində təzahür edirsə, “Qızıl qönçələr”də ideoloji və intellektual səviyyəyə qaldırılır.
Ailə dəyərlərinin, ailənin qorunması, ailəyə sahib çıxmaq, ailəyə güvənmək və etibar etmək, ağır məqamlarda yanında ola bilmək, hətta lazım gələrsə, ailə naminə cinayətə əl atmaq. Klassik ailə modelinin təbliği türk şərq filmlərinin başlıca məqsədlərindən biridir. Filmlərimizdə cinayətlərin kökündə türk cəmiyyətinin daha dərin, böyük problemləri dayanır ki, bu halda ssenaristlər qəhrəmanların qətllər törətməyinə haqq qazandırırlar.
Qətlə haqq qazandırmadan, klassik ənənələini qoruyan, lakin müasirliyə də qucaq açan, kinin, nifrətin təbliğ edilmədiyi, daha loyal filmlər çəkilməlidir.
Murad