İzləyicimiz Həmidə Əliyeva yazır ki, onun sevgilisinə narşist diaqnozu qoyulub. Bu psixoloji problemdən qurtulmaq mümkünmü?
İzləyicimizin sualını Hit.az üçün psixoloq Vəfa Babayeva cavablandırıb.
O bildirib ki, narşistlik bir şəxsiyyət pozuqluğudur:
“Narşistin həyat yoldaşı olmaq el dili ilə desək, ömür boyu çərləmək deməkdir. Çünki bu adamlarda empatiya, qarısındakının halına yanmaq, onun acısını hiss etmək duyğusu yoxdur. Narsistik şəxsiyyət pozğunluğu olanlar özlərini çox əhəmiyyətli, üstün və bənzərsiz hesab edirlər, onlarda daima bəyənilmə ehtiyacı var. Ona görə sevgililərinə sıx- sıx xəyanət edir, həqiqətən sevməyi bacarmırlar. Sanki bütün dünyanın və ətrafdakıların onlara borcu var. Əgər belə bir insanla sevgilisinizsə, yəqin ki, münasibətiniz asan olmayacaq. Narsistik şəxsiyyət pozğunluğu psixoterapiya ilə müalicə edilə bilər. Narsist insanlarda dərman müalicəsi tətbiq edilmir. Psixoterapiya sayəsində narsist insanların problemlərini aradan qaldırmaq mümkündür”,- deyə həkim bildirib.
Murad