İzləyicimiz Sədaqət Rəhimova soruşur ki, onu işdən azad ediblər. Qanunla işdən azad edilərkən ona hansı ödənişlər edilməlidir?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən hüquqşünas Elvin Babayev deyib ki, işdən azad olunan işçiyə azad olunma ayında faktiki işlədiyi günlərə görə əmək haqqı ödənilməlidir. Kompensasiya işdən azad olunan gün ödənilir:
“İşdən azad olan şəxsə işdən azad olan ayda faktiki işlənilən günlərin əmək haqqısı, istifadə edilməmiş məziniyyətə görə kompensasiya, bəzi hallarda işdən azad edilən işçilərə işdənçıxarma müavinəti və müxtəlif ödənişlər ödənir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq , işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir”.
Hüquqşünas əlavə edib ki, əmək stajına görə əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə, sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.
Kompensasiya işdən azad olunan gün ödənilir.
Murad