Rəhbərlik iş saatından sonra işçiyə zəng edə bilər?

SOSİAL
20:16 / 03.07.2024
166

İşləyən şəxslər bilir ki, əksər hallarda iş saatından sonra rəhbər hansısa işlə bağlı ona zəng edib, iş tapşırır.

Maraqlıdır, iş vaxtı bitibsə, müdir işçiyə zəng edə bilərmi? Bu, nə dərəcədə doğrudur?
 
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, işçilərin müdiriyyət tərəfindən işdən kənar zamanlarda işə çağırılması, iş icra etməsini tapşırmaq adi hala çevrilib: 

“Bununla bağlı narazılıq olarsa, işçi hesab edərsə ki, müdirin etdiyi hərəkət ona zərər vurur, o zaman məhkəməyə müraciət edə bilər. Ümumiyyətlə, rəhbərliyin haqqı yoxdur ki, iş saatından kənar vaxtlarda işçiyə zəng edib, nəsə tapşırsın. Qeyri-iş vaxtı işçi iş görərsə, rəhbərlik buna görə həmin işçiyə kompensasiya verməlidir”.

Sevinc
 

0