Anaları həddən artıq yükləyirik - Psixoloq

SOSİAL
21:58 / 10.07.2024
548

“Anam məni tək böyüdüb. Əziyyətimi çox çəkib. Bu gün mən iş qadınıyam, övladlarım var. Lakin dünyalar qədər sevdiyim anamla aramızda qəribə bir çəkişmə, rəqabət yaranıb. Söz düşən kimi "Mən sizin üçün saçımı süpürgə etdim, sən balalarını buraxıb xaricə gedirsən, gəzməyindən qalmırsan" deyir. Onun mənə göstərdiyi bu təsirdən qurtula bilmirəm".

Bu fikirləri adının çəkilməyini istəməyən izləyicimiz Hit.az-la bölüşüb

Mövzu ilə bağlı Hit.az-a danışan psixoloq Nazim Cəfər bildirib ki, bu əslində ana ilə qızın yox, şüuraltının üsyanıdır.

"Ana vaxtilə edə bilmədiklərini dilə gətirir, qızına yox, özünə üsyan edir. Biz "Analar müqəddəsdir" deməklə anaların üzərinə həddən artıq yük yükləyirik. Halbuki, onlar da insandırlar. Hamı kimi əylənmək, gəncliklərini yaşamaq haqları var idi. Cəmiyyət namuslu qadın, analıq vəzifəsi və s. deyə-deyə onları o qədər yükləyir ki, onlar cəmiyyət üçün doğru, lakin  özləri üçün yanlış, itirilmiş bir ömür yaşayırlar  və yaşa dolduqca bunun intiqamını alırlar", deyə psixoloq bildirib.

Murad
 

0