Ölkə ərazisində bir neçə gündür ki, anomal hava şəraiti müşahidə olunur.
Havaların isti keçməsi iş rejiminin necə olması ilə bağlı məsələnin aktuallaşmasına səbəb olub.
Kəskin istilər olarkən açıq havada işləyən insanların təhlükəsizliyi məsələsi də gündəmə gəlir.
Məlumdur ki, kəskin istilər olduqda günvurmaya məruz qalanların da sayı çoxalır.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a bildirib ki, havanın temperaturu 41 dərəcə selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır:
“İşçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır. Əmək şəraiti günün isti vaxtında iş dayandırılaraq, yəni uzun fasilələr verilərək, iş günü hissələrə bölünməklə rejim tənzimlənə bilər. Açıq hava şəratində işləyənlər nəzarətdə olmalıdır, Onlara günün müəyyən saatlarında güzəşt edilməlidir”.
Sevinc